A seriyasının 12-ci turunun “Kalyari” – “Cenoa” oyununda qapılara üst-üstə 6 qol vuruldu. Bu qolların arasında ən yadda qalanı şübhəsiz sonuncu, sardiniyalı azarkeşləri məyus, qonaqların isə məğlubiyyətdən xilas edən qol oldu (3:3). Bununla belə, yəqin ki, “Kalyari”nin fanatları məyusluğa baxmayaraq qolun gözəlliyini və nadirliyini qiymətləndirməyi də unutmayıblar. “Cenoa”lı Aaron Martinin 47 metrdən endirdiyi zərbə komandasına bir xal qazandırmaqla yanaşı, cari mövsümdə A seriyasında ən uzaq məsafədən vurulan qol oldu.