Bu yaxınlarda məşhur inglis qolkiper Piter Şiltonun rekordunu qıran 45 yaşlı braziliyalı qapıçı Fabio daha iki il «Fluminense»də qalacaq. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli qolkiperlə müqavilə 2027-ci ilin sonuna qədər uzadılıb.
Son dörd ildir «Fluminense»də çıxış edən Fabio, Fernando Dinizinin komandası üçün əvəzolunmaz simaya çevrilib. O, bu müddət ərzində komanda ilə 2023-cü ildə Libertadores Kubokunu qazanıb və iki dəfə Braziliya çempionu olub. Ümumilikdə isə Fabio peşəkar karyerasıda 1400-ə yaxın rəsmi oyunda meydana çıxıb.