18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03
Dünya futbolu

İsmail Kartal “Fənərbaxça”nın baş məşqçi postundan istefa verib. 65 yaşlı türkiyəli mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Roma” ilə evdə qeydə alınan 1:1 hesablı heç-heçədən dərhal sonra bu qərarını açıqlayıb. Beləliklə, onun İstanbul klubundakı dördüncü dönəmi başa çatıb.

Oyunqabağı mətbuat konfransında qərarını elan edən Kartal bildirib: “Futbolçularımı təbrik edir və bu axşamdan etibarən artıq komandanın baş məşqçisi olmadığını elan edirəm”. Azarkeşlərə, rəhbərliyə, heyətə və mediaya təşəkkür edən mütəxəssis sualları cavablandırmayacağını vurğulayıb.

“Bu qərarı klubumun önünü açmaq üçün qəbul etdim”, – deyən Kartal əlavə edib: “Sevimli “Fənərbaxça”ma, futbolçulara və gələcək məşqçilərə kömək etmək üçün hələ vaxt var ikən istefa verirəm. Hamıya xoş axşamlar arzulayıram və bir daha heç vaxt qayıtmayacağam”.

Xatırladaq ki, 2026-cı ilin iyununda “Fənərbaxça”ya qayıdan İsmail Kartal komandanı 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxararaq 18 illik həsrətə son qoymuşdu. “Sarı-lacivərtlilər” turnirdəki mübarizəyə “Roma” ilə heç-heçə ilə başlayıblar. Daxili çempionata gəldikdə isə, “Fənərbaxça” 4 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb və lider “Qalatasaray”dan 4 xal geri qalır.

Paylaş:

Xəbər Lenti

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42