1/4 finalın növbəti yolçuları hansı komandalar olacaq?

17.03.26 | 10:53
Dünya futbolu

Çempionlar Liqasında növbəti dramatik anlar yaşanır! Londonda bərabərlik pozulacaq, Mançesterdə isə “Siti” möcüzəyə inanaraq “Real”ı dayandırmağa çalışacaq.

21:45 “Sportinq – Bude Qlimt (İlk oyun 0:3) CBC Sport

Norveç təmsilçisinin ilk matçda qazandığı 3 top fərqli qələbə böyük sürpriz hesab oluna bilər. “Sportinq” öz meydanında kəskin hücum futbolu nümayiş etdirməyə məcburdur, çünki itirəcək heç nəyi yoxdur. “Bude Qlimt” isə çox güman ki, dərin müdafiəyə çəkilib əks-hücumlarda şans axtaracaq. Erkən qol “Sportinq” üçün geridönüş ümidi yarada bilər, əks halda Norveç klubu müdafiədə dözümlü oynayaraq növbəti mərhələyə adlayacaq.

00:00 “Mançester Siti” – “Real Madrid” (İlk oyun 0:3) CBC Sport

Baş məşqçi Alvaro Arbeloa zədədən qayıdan Kilian Mbappenin tam hazır olduğunu və meydana çıxacağını təsdiqləyib. Cüdb Bellingem isə oynamayacaq, lakin lider kimi komandaya dəstək olmaq üçün onlarla birlikdədir. Xatırladaq ki, ilk oyunda Federiko Valverdenin het-triki sayəsində “Real” 3:0 hesablı qələbə qazanıb.

Baş məşqçi Xosep Qvardiola ilk oyundakı hesabın çətinliyini qəbul etsə də, komandasının qələbə üçün hər şeyi edəcəyini vurğulayıb. Qvardiola sıx qrafik və yorğunluq səbəbindən oyunqabağı əsas məşqi ləğv edib və bunun əvəzinə futbolçuların bərpasına və mental hazırlığına üstünlük verdiyini bildirib. Yarımmüdafiəçi Bernardo Silva isə ilk matçdakı 0:3 hesabının oyuna görə ədalətsiz olduğunu düşünür və evdə mükəmməl atmosfer yaradaraq sonadək mübarizə aparacaqlarını deyir.

00:00 “Çelsi” – “PSJ” (İlk oyun 2:5) İctimai TV

Baş məşqçi Luis Enrike 5:2 hesablı üstünlüyə rəğmən arxayınlaşmağın yolverilməz olduğunu bildirib. O, Çempionlar Liqasında hər an hər şeyin dəyişə biləcəyini və İngiltərə klublarına qarşı oynamağın həmişə çətin olduğunu vurğulayıb. Həmçinin, Usman Dembelenin yeni mövqeyindəki çıxışından və komandanın mentalitetini dəyişməsindən böyük məmnunluq duyduğunu ifadə edib.

Baş məşqçi Liam Rosenyor ilk oyunda fərdi səhvlər ucbatından cəzalandıqlarını etiraf edib. Rəqibin son çempion tituluna toxunan mütəxəssis, komandasının rəqabətədavamlı olduğunu qeyd edərək, cavab matçında hər hansı bir səhvin bağışlanılmaz olacağını bildirib

00:00 Arsenal – Bayer (İlk oyun 1:1)Günün ən intriqalı cütlüyündə bütün yollar Londona çıxır. İlk oyundakı bərabərlikdən sonra hər iki komanda növbəti mərhələyə eyni şansla başlayır.”Arsenal” doğma meydan amilindən və azarkeş dəstəyindən maksimum istifadə etməyə çalışacaq. Lakin “Bayer” çox intizamlı və rəqibin boşluqlarını yaxşı dəyərləndirən komandadır. Meydanın mərkəzindəki taktiki mübarizə oyunun taleyini həll edəcək. Oyunda çox qol olmaya bilər, kiçik bir səhv və ya standart vəziyyət hər iki komandaya 1/4 finala vəsiqə qazandıra bilər.

Paylaş:

Xəbər Lenti

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizi xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39