“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20
Ölkə futbolu

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Zirə” səfərdə Gürcüstanın “Torpedo” komandasını sınağa çəkib. Bakıdakı ilk matçda alınan 0:3 hesablı ağır məğlubiyyətə baxmayaraq, Kutaisi təmsilçisi oyundan əvvəlki iddialı açıqlamaları ilə gərgin mübarizə vəd edirdi. Lakin baş məşqçi Dirk Şusterin komandasının bu nikbinliyi yaşıl meydanda öz təsdiqini tapmayıb. Rəşad Sadıxovun yetirmələri rəqibini elə doğma azarkeşləri önündə də eyni hesabla darmadağın edərək, Gürcüstan klubunu avrokuboklardan kənarlaşdırdı.

Meydan sahiblərinin ilk dəqiqələrdəki cəhdlərinə baxmayaraq, “Zirə” qısa zamanda təşəbbüsü ələ alaraq oyuna diktə edən tərəf oldu. 25-ci dəqiqədə rəqibin top itkisindən məharətlə istifadə edən Braxim Konate Eren Aydını hesabı açmaq üçün əlverişli mövqeyə çıxarıdı– 0:1. Təzyiqi azaltmayan təmsilçimiz 39-cu dəqiqədə fərqi ikiyə çatdırdı. Amin Seydiyev fərdi ustalıq nümayiş etdirərək cinahla cərimə meydançasına daxil oldu və baxımlı zərbə ilə topu uzaq küncə göndərdi.

Fasilədən sonra “Torpedo” vəziyyəti dəyişmək üçün irəli atıldı. Xüsusilə Diyeqo Deysadze və Qiorqi Arabidzenin təhlükəli uzaq zərbələri qapı dirəyindən dönsə də, qapıçı Aydın Bayramov və “Zirə”nin müdafiə xətti inamlı oyunu ilə yadda qaldı. Gürcülərin son ümidlərini isə matçın 70-ci dəqiqəsində yenə Eren Aydın dəfn etdi. Cərimə meydançasındakı qısa paslaşmalardan sonra qapıçının da səhvindən yararlanan hücumçu dubla imza ataraq oyunda son nöqtəni qoydu – 0:3.

İki oyunun nəticəsinə əsasən ümumi 6:0 hesablı təkzibedilməz qələbə qazanan “Zirə” heç bir suala yer qoymadan UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə adladı.

UEFA Konfrans Liqası, 1-ci təsnifat mərhələsi (cavab oyunu)

“Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan) 0:3

İlk oyun – 0:3

Qollar: Eren Aydın (25, 70), Amin Seydiyev (39)

Baş hakim: Mixay Kapray (Macarıstan) 

“Torpedo” (Gürcüstan): Oto Qoşadze, Luka Kuprava, Matey Şimiç, Luka Latsabidze (Tsotne Nadaraya, 57), Mateo Stamatov (Virjil Pinson, 46), Vladimir Mamuçaşvili (k), Dato Bukia, Qiorqi Arabidze, Dino Skorup (Mateo İtrak, 75), Komnen Andriç (Diyeqo Deysadze, 56), Felipe Pires

“Zirə” (Azərbaycan): Aydın Bayramov, Qismət Alıyev (k), Ruan Renato, Anje Mutsinzi, Amin Seydiyev, Braxim Konate (İsmayıl İbrahimli, 74), Quima, Vieyrinya (Qiorqi Papunaşvili, 75), Eren Aydın (İssa Cibrilla, 75), Junior Martins (Kris Diqbe, 85), Davit Volkov (Yeqor Boqomolski, 85)

Sarı vərəqə: Vieyrinya

Stadion: “Ramaz Şengeliya” (Kutaisi)

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45