Azərbaycan mini-futbol çempionatında 2025/2026 mövsümünün qalibi bəlli olub. Gərgin keçən final qarşılaşmasında turnirin iddialı kollektivi “Zirə”, son çempion “Birbaşa Bakı” (BB) ilə qarşılaşıb. Matçın gedişatına tam nəzarət edən “qartallar” rəqibini 4:1 hesabı ilə məğlub edərək çempionluq kubokunu başı üzərinə qaldırıb. Xatırladaq ki, ötən mövsüm bu titula “Birbaşa Bakı” sahib çıxmışdı. Bu nəticə ilə “Zirə” həm revanş almağı bacarıb, həm də ölkənin ən güclüsü adını qazanıb.