“Zirə”nin baş məşqçisindən rəqiblərinə mesaj: “Tək yerli mütəxəssis mənəm”

09.03.26 | 23:53
Ölkə futbolu

Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Zirə” matçından (2:2) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında oyunun gedişatını və turnir cədvəlindəki rəqabəti şərh edib.

Qarşılaşmaya erkən qolla başladıqlarını vurğulayan mütəxəssis, əldə olunan üstünlüyü qoruya bilməmələrinin səbəbini diqqətsizliklə əlaqələndirib: “Oyuna yaxşı başladıq və erkən qol vurduq. Hesabı artırmaq üçün kifayət qədər imkanlarımız olsa da, bunlardan yararlana bilmədik. Rəqib isə standart vəziyyətdən maksimum istifadə etdi. İkinci hissəyə də aktiv başladıq, lakin yenə standart vəziyyətdən sonra qapımızda qol gördük. Belə nəticə fonunda topa nəzarəti ələ almağımız təbii idi. Matçın sonunda biz də standart vəziyyətdən tarazlığı bərpa etdik. Mövsüm ərzində belə oyunlar olur – çoxsaylı epizodlar yaratsan da, rəqib standartlardan qollar vurur. Baxmayaraq ki, oyundan əvvəl bu barədə xəbərdarlıq etmişdik. Çempionatımızda belə qollara tez-tez rast gəlinir. Çətinliklərə rəğmən, səfərdə qazanılan bir xal müsbət nəticədir”.Rəşad Sadıqov çempionatdakı rəqabətə toxunaraq, iddialı klublar arasındakı maraqlı statistik məqamı da qeyd edib: “Hazırda iki komanda çempionluq, beş klub isə avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə aparır. Maraqlıdır ki, həmin beş klubun baş məşqçiləri arasında yeganə yerli mütəxəssis mənəm. Digər dörd rəqibimiz isə tanınmış əcnəbi məşqçilərdir”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09