“Zirə” geri döndü, “Şamaxı” seriyasını davam etdirdi

11.10.26 | 02:43
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” ilə “Şamaxı” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə meydan sahibləri üstün təsir bağışlasalar da, bu üstünlüyü qola çevirə bilməyiblər. Fasilədən sonra isə “Şamaxı” hesabı açıb. 53-cü dəqiqədə Abdullah Şuaybu cərimə meydançasının kənarından dəqiq zərbə ilə topu tora göndərib.

“Zirə”nin cavabı gecikməyib. 68-ci dəqiqədə Qismət Əliyevin cərimə zərbəsindən sonra top dirəyə dəyib, qayıdan topu isə Anje Mutsinzi başla qapıdan keçirərək hesabı bərabərləşdirib.

Beləliklə, komandalar hərəyə bir xalları qazanıblar. “Şamaxı” məğlubiyyətsiz oyunlar seriyasını altı matça çatdırıb. Azər Bağırovun komandası bu müddətdə iki qələbə qazanıb, dörd dəfə heç-heçə edib. Həmin qarşılaşmaların beşinin səfərdə keçirilməsi komandanın uğurlu seriyasını daha da diqqətçəkən edir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra komandada 8-9 futbolçunun zədəli olduğunu, üstəlik, Qvimanın da bu görüşdə zədələndiyini bildirib. Bu itkilər fonunda meydan sahiblərinin heç-heçəsi onlar üçün ciddi xal itkisi kimi qiymətləndirilməyə bilər.

ZİRƏ – ŞAMAXI – 1:1 (0:0)

Şuaybu, 53 (0:1), Mutsinzi, 68 (1:1)

Baş hakim: Fərid Hacıyev.

“Zirə”: Hüseynəli Quliyev, Qismət Alıyev (k), Amin Seydiyev (Eren Aydın, 69), Ruan Renato, Davit Volkov, Ayxan Hüseynov, Guima (Hacıağa Hacılı, 50), İsmayıl İbrahimli (Giori Papunaşvili, 69), Dimitri Leqbo, Anje Mutsinzi, Mehdi Mşahşeh.

“Şamaxı”: Rikardu Fernandes (k), Uğur Cahangirov (Edqar Adilxanov, 61), Emin Rüstəmov, Oruc Məmmədov (Okan Təhməzli, 69), Filipe Markeş, Rikardo Apolinario, Abdullai Şuaybu (Tornike Axvlediani, 69), Jota, Ruy Paşeku, Abdul Raşid Mumini, Ayman Buali.

Sarı vərəqə: Guima, Buali.

Bakı, Zirə İdman Kompleksinin stadionu.

Paylaş:

Xəbər Lenti

“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14

Du Keiroş: “Sabah”ın Çempionlar Liqası layihəsi məni çox həvəsləndirdi”

13.10.26 | 14:54

Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06