Yuri Vernidub: “Berdiyevin neçə pasportu olduğunu bilmirəm”

16.03.26 | 00:51
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qəbələ” üzərindəki qələbəni (3:1) şərh edib. Təcrübəli mütəxəssis həm oyun, həm də son günlər ətrafında yaranan səs-küylü məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.

Azarkeşlərə təşəkkür edən baş məşqçi, rəqibin oyununu da yüksək qiymətləndirib: “Maraqlı qarşılaşma izlədik. “Qəbələ” məğlub olsa da, nümayiş etdirdikləri futbol xoşuma gəldi. Hakimliyin bu səviyyədə davam etməsi bizi ancaq sevindirə bilər. Qəbələdəki futbol mərkəzi, stadion və məşq meydançaları isə sadəcə mükəmməldir”.

Vernidub mövsümün sonuna qalan 10 turu həlledici adlandırıb və turnir cədvəlindəki gərginliyi vurğulayıb: “Avrokuboklara vəsiqə uğrunda bir neçə ciddi namizəd var. Mümkün olan hər şeyi edəcəyik. Əgər vəsiqə qazana bilməsək, bu, faciə deyil, sadəcə xoşagəlməz hal olacaq. Uğurumuz öz əlimizdə, ayağımızda və bədənimizdədir”.

Baş məşqçi ötən turda “Turan Tovuz”un çalışdırıcısı Qurban Berdiyevlə görüşməsinə görə Ukrayna mediasında ünvanına yazılan kəskin başlıqlara da aydınlıq gətirib: “KİV-in nə yazması məni maraqlandırmır. Berdiyevin neçə pasportu olduğunu bilmirəm, bildiyim qədərilə o, türkməndir. Bir şeyi kəsə deyim: Müharibənin başladığı ilk gündə mövqeyim nə idisə, bu gün də odur, dəyişməmişəm. Mənim haqqımda yazanlar son 4 ildə nə etdiklərini desinlər. 60 yaşım var, istədikləri qədər provokasiya ilə məşğul ola bilərlər. Mən futbol adamıyam və işimi davam etdirirəm”.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54