“Zirə” Bakıda təslim oldu

20.02.26 | 18:12
Ölkə futbolu

Premyer Liqanın 21-ci turu, gözlənildiyi kimi, böyük marağa səbəb qarşılaşma ilə start götürdü. “Neftçi” – “Qarabağ” matçının qeyri-müəyyən müddətə təxirə salınması bütün diqqətləri turun açılış matçı olan “Turan Tovuz” – “Zirə” duelinin üzərinə çəkdi. 3-cü yer uğrunda birbaşa mübarizə xarakteri daşıyan bu görüş hər iki komanda üçün “6 xallıq matç” statusunda idi.

Qurban Berdiyevin komandası ötən turdakı sönük çıxışı unutdurmaq və iddialı olduğunu sübut etmək üçün meydana çox motivasiyalı çıxmışdı. Oyunun start fiti ilə təzyiqi artıran tovuzlular cəmi 20 dəqiqə ərzində məsələni böyük ölçüdə həll etdilər. Əvvəl səhnəyə Filip Ozobiç çıxdı. Təcrübəli oyunçu 11-ci dəqiqədə hesabı açdı. Bundan 8 dəqiqə sonra “Zirə” hələ şoku atlatmamış Silva fərqi ikiyə çatdırdı.

Rəşad Sadıqovun yetirmələri son iki turda qazandıqları qələbələrin inamı ilə Bakıya gəlsələr də, erkən qollar planları alt-üst etdi. Sadıqov hələ ilk hissədə (27-ci dəqiqə) İsmayıl İbrahimlini Rüfət Abdullazadə ilə əvəzləyərək oyuna müdaxilə etməyə çalışdı. Lakin Qurban Berdiyevin qurduğu intizamlı müdafiə səddi “qartallar”ın hücum xəttinə (Volkov, Papunaşvili, Qomis) geniş imkanlar vermədi.

Oyunun əhəmiyyəti futbolçuların mübarizəsində də özünü göstərdi. Baş hakim Rəvan Həmzəzadə gərginliyi idarə etmək üçün 5 dəfə sarı vərəqəsinə əl atmalı oldu. Xüsusilə ikinci hissədə hər iki məşqçinin etdiyi ardıcıl dəyişikliklər (“Turan-Tovuzda” 5, “Zirə”də 5 dəyişiklik) tempin qorunmasına xidmət etsə də, hesab dəyişməz qaldı.

TURAN-TOVUZ – ZİRƏ 2:0 (2:0)

Qollar: Filip Ozobiç, 11′ (1:0), Enrike Silva, 19′ (2:0)

Baş hakim: Rəvan Həmzəzadə

“Turan-Tovuz: Sergey Samok, Filip Ozobiç (Coş Quinnelli, 69), Rəhim Sadıxov (Fərid Yusifli, 79), Ayxan Hüseynov (Xəyal Nəcəfov, 86), Roderik Miller, Enrike Silva (Faiq Hacıyev, 85), Alexandro Serrano, Jo Batista (Roberto Olabe, 46), Emmanuel Hakman (k), Hayderson Urtado, Jorje Silva

Zirə: Tyaqu Silva, Qismət Alıyev (k) (Rövlan Muradov, 46), İsmayıl İbrahimli (Rüfət Abdullazadə, 27), Ruan Renato, Enrike Kustodio, Davit Volkov, Giorgi Papunaşvili (Junior Martins, 73), Quima (Anatoli Nuriyev, 73), Anje Mutsinzi, Ayron Qomis, Eren Aydın (Leroy Mikkels, 88)Sarı vərəqələr: Ruan Renato, Quima, Coş Quinnelli, Alexandro Serrano, Ayron Qomis

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54