“Sabah” zirvədəki yerini qorudu

16.02.26 | 21:04
Ölkə futbolu

“Qəbələ” – “Sabah” qarşılaşması ilə Premyer Liqanın 20-ci turuna yekun vuruldu. Çempionluq uğrunda gərgin mübarizə aparan “bayquşlar” çətin Qəbələ səfərindən vacib 3 xalla dönərək liderliyini qorudu.

Gərgin keçən oyunun taleyini ikinci hissədə vurulan yeganə qol həll etdi. Matçın 54-cü dəqiqəsində Xəyal Əliyev rəqib qapısına yol taparaq Valdas Dambrauskasın komandasına qələbə qazandırıb. Meydan sahiblərinin cəhdlərinə baxmayaraq, paytaxt təmsilçisi üstünlüyü sona qədər saxlayaraq turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.

QƏBƏLƏ – SABAH 0:1 (0:0)

Qol: X. Əliyev, 54 (0:1)

Baş hakim: Rauf Cabbarov.

“Qəbələ”: Rza Cəfərov, Murad Musayev (k) (Paulo Kimbila, 82), Nuqay Rəşidov (Turan Manafov, 61), Şahin Şahniyarov (Sambu Sissoko, 61), Eşqin Əhmədov (Nicat Əliyev, 61), Ismahil Akinade, Seydina Keyta, Xayme Syerra, İsaak Amoa, Domi Massumo (İbrahim Sanqare, 82), Prins Ovusu

“Sabah”: Stas Pokatilov (k), Aleksey İsayev (Zinedin Uld-Xalid, 81), Xəyal Əliyev (Stiven Ende, 81), Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Stiv Solve, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarəli Raxmonaliyev, Aaron Maluda

Sarı vərəqə: Sissoko, 82.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13