Premyer Liqanın 25-ci turu çərçivəsində Yevlax şəhər stadionunda növbəti maraqlı qarşılaşma baş tutub. Turnir cədvəlinin üst sıraları uğrunda mübarizə aparan Kurban Berdiyevin “Turan-Tovuz”u autsayderlər zonasından uzaqlaşmağa çalışan “Kəpəz”lə qarşılaşıb.
Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissəyə daha fəal başlayan Azər Bağırovun yetirmələri 55-ci dəqiqədə Rəhman Hacıyevin vurduğu qolla hesabı açıblar. Lakin gəncəlilərin sevinci cəmi 6 dəqiqə çəkib. 61-ci dəqiqədə tovuzluların hücumçusu Jo Batista tarazlığı bərpa edərək komandasını məğlubiyyətdən xilas edib.
Beləliklə, son 5 oyunda uduzmayan “Turan-Tovuz” bu heç-heçə ilə xallarının sayını artırsa da, məhsuldarlıq problemi yenidən özünü büruzə verib. “Kəpəz” isə kubokdakı məğlubiyyətin revanşını ala bilməyərək bir xalla kifayətlənib.
KƏPƏZ – TURAN-TOVUZ 1:1 (0:0)
Qollar: R. Hacıyev, 55 (1:0). Jo, 61 (1:1).
Baş hakim: Tural Qurbanov.
“Kəpəz”: Məmməd Hüseynov, Ehtiram Şahverdiyev (Camal Cəfərov, 88), Rəhman Hacıyev, Rauf Hüseynli, Fərid Nəbiyev, Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa (Şakir Seyidov, 65), Adama Fofana, Mate Abuladze, Mahamadu Ba.
“Turan Tovuz”: Sergey Samok, Rəhim Sadıxov, Ayxan Hüseynov (İbrahima Vadji, 65), Enrike Silva (Faiq Hacıyev, 43), Alexandro Serrano, Jo Batista, Emmanuel Hakman (k), Hayderson Urtado, Jiorje Silva, Roberto Olabe (Filip Ozobiç, 66), Mark Mampasi.
Sarı vərəqələr: Jo, 67. Verdaşka, 73.