“Qarabağ”ın futbolçuları, Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda İngiltərənin “Liverpul” komandasına məğlub olmalarına (0:6) baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıqları üçün böyük məbləğdə mükafat alacaqlar.
Hələ 7-ci turda Almaniyanın “Ayntraxt” klubu ilə oyundan (3:2) əvvəl komandaya söz verilmişdi ki, 10 xal toplayıb növbəti mərhələyə yüksələcəkləri təqdirdə xüsusi mükafat ödəniləcək.
Mükafatların bölgüsü aşağıdakı qaydada aparılacaq:
Start heyətinin oyunçuları: hər biri 200 000 manat
Ehtiyatdan meydana daxil olanlar: bu məbləğin 75%-ni (150 000 manat)
Ehtiyatdan qalanlar: bu məbləğin 50%-ni (100 000 manat)