“Qarabağ” Tovuz səddini aşdı

05.05.26 | 07:26

Premyer Liqanın 30-cu turu çərçivəsində gümüş medallar və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Qarabağ” və “Turan-Tovuz” üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan gərgin qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mövsümün sonu yaxınlaşdıqca, bu qarşılaşma hər iki komanda üçün həlledici əhəmiyyət kəsb edirdi. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Köhlən atlar” mövqeyini qorumaq, ondan cəmi üç xal geri qalan “Turan-Tovuz” isə fərqi qapatmaq əzmində idi. Qeyd edək ki, çempionatı ikinci yerdə bitirmək təkcə prestij deyil, həm də Avropa Liqasına vəsiqə qazanmaq şansı deməkdir (bu ssenarinin reallaşması üçün “Sabah”ın ölkə kubokunun finalında qələbə qazanması mütləqdir).

Son aylarda Qurban Qurbanovun yetirmələri qeyri-sabit çıxışları ilə diqqət çəkirdi. Komanda bəzən böyükhesablı qələbələr qazansa da, gözlənilməz xal itkiləri ilə də üzləşirdi. Qurban Berdiyevin rəhbərlik etdiyi “Turan Tovuz” isə meydana 11 oyunluq məğlubiyyətsizlik seriyası ilə çıxmışdı. Düzdü, onlar bu matçların yalnız altısında qələbə qazana bilmişdilər.

Meydandakı gərginliyə baxmayaraq, “Qarabağ” lazımi gücü toplayaraq vacib qələbəni əldə etməyi bacardı. İlk hissəsi qolsuz bərabərliklə başa çatan görüşün ikinci yarısında sükut pozuldu. 50-ci dəqiqədə Leandro Andrade Ağdam klubunu önə keçirdi. Cəmi 4 dəqiqə sonra Mateus Silva fərqi ikiyə çatdıraraq komandasını rahatlatdı. Qonaqlar 76-cı dəqiqədə (Ayxan) Hüseynovun qolu ilə ümidlənsələr də, qalan dəqiqələrdə hesabı bərabərləşdirmək mümkün olmadı və matç “Qarabağ”ın çətin, lakin vacib qələbəsi ilə yekunlaşdı.

Beləliklə, “Qarabağ” çətin, lakin strateji baxımdan olduqca vacib bir qələbəyə imza ataraq ikinci pillədəki mövqeyini möhkəmlətdi.

QARABAĞ – TURAN-TOVUZ 2:1 (0:0)

Qollar: Andrade, 50 (1:0), Silva, 54 (2:0), Hüseynov, 76 (2:1)

Baş hakim: Rəşad Əhmədov.

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov, Musa Qurbanlı (Abdellah Zubir, 10), Kevin Medina, Marko Yankoviç, Mateus Silva, Leandro Andrade (Dani Kintana/Bolt, 90), Aleksey Kaşuk, Pedro Bikalyo, Emmanuel Addai (Ramil Şeydayev, 77).

“Turan-Tovuz”: Sergey Samok, Rəhim Sadıxov, Enrike Silva, Alexandro Serrano, Jo Batista, İbrahim Vadji (Xəyal Nəcəfov, 65), Emmanuel Hakman (k), Hayderson Urtado, Jorje Silva, Robert Olabe (Ayxan Hüseynov, 65), Mark Mampassi (Roderik Miller, 77).

Sarı vərəqələr: Sadıxov, 18. Batista, 37. Olabe, 52. Bikalyo, 52. Medina, 69.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10