“Qalatasaray üçün 50 milyonluq gecə: Həm tur, həm tarix, həm də sərvət!”

17.02.26 | 07:43
Dünya futbolu

Avropa futbolunun ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqası qış fasiləsindən sonra nəhayət geri dönür. Sabah, fevralın 17-də pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Futbolsevərləri biri İstanbulda, üçü isə Avropanın digər mərkəzlərində olmaqla 4 nəfəs kəsən qarşılaşma gözləyir.

Gecənin ən çox müzakirə olunan mövzuları — “Qalatasaray”ın maliyyə və rekord hədəfləri, Mourinyonun keçmiş komandası “Real”a qarşı planları və Monakodakı zədə böhranıdır.

İstanbulda “qızıl” dəyərində matç

Türkiyə çempionu “Qalatasaray” qrup mərhələsini 20-ci yerdə tamamlayaraq pley-offa adlayıb. Rəqib isə İtaliya nəhəngi “Yuventus”dur. Bu qarşılaşma sadəcə meydandakı futbolla deyil, həm də masa üzərindəki rəqəmlərlə diqqət çəkir.

“Cim-Bom” bu mövsüm Çempionlar Liqasında indiyədək 39 milyon 958 min avro gəlir əldə edib. Əgər Okan Burukun yetirmələri “Yuventus” səddini keçib 1/8 finala (Top-16) vəsiqə qazanarsa, klubun büdcəsinə əlavə 11 milyon avro daxil olacaq. Bu, təkcə prestij deyil, həm də klubun gələcəyi üçün həyati əhəmiyyət daşıyır.

“Opta” analitik mərkəzinin minlərlə simulyasiya əsasında hazırladığı hesabata görə, matçın favoriti qonaqlardır.

“Yuventus”un qələbəsi: 44%

“Qalatasaray”ın qələbəsi: 29.9%

Heç-heçə: 26.1%

Lakin İstanbuldakı atmosferin bu faizləri hər an alt-üst edə biləcəyi heç kimə sirr deyil. Üstəlik, “Qalatasaray” evində oynadığı ilk matçda İtaliyaya sərfəli nəticə ilə getmək üçün bütün riskləri gözə alacaq.

Komandanın əsas qol silahı Viktor Osimhen üçün bu gecə fərdi rekord baxımından da önəmlidir. Bu mövsüm ÇL-də 6 qol vuran nigeriyalı ulduz, hazırda bombardirlər siyahısında 4-cü pilləni bölüşür (lider 13 qolla Kilian Mbappedir). Əgər Osimhen daha 3 qol vurarsa, 2012-2013 mövsümündə 8 qol vuran Burak Yılmazı geridə qoyaraq, “Qalatasaray” tarixində bir ÇL mövsümündə ən çox qol vuran futbolçu olacaq.

Matç öncəsi mətbuat konfransında danışan Barış Alper, həm rəqib düşərgədəki milli komanda yoldaşı Kənan Yıldız, həm də komandaxili rəqabət barədə açıq danışıb: “Kənan çox yaxşı insan və futbolçudur. Ümid edirəm o, fərdi olaraq yaxşı oynayacaq, amma qazanan tərəf biz olacağıq. Komanda olaraq hədəfimiz bəllidir, şəxsi məqsədlər arxa plandadır. Kimin oynamasından asılı olmayaraq, formanı haqq edən meydana çıxacaq”.

İtalyan mətbuatı xəbər verir ki, “Yuventus”un bombardiri Conatan David qasıq zədəsi səbəbindən İstanbula gətirilməyib. Bu, qonaqların hücum xəttində ciddi boşluq yarada bilər. Əvəzində isə Keffren Türam heyətə daxil edilib.

Lissabonda “xüsusi” gecə: Mourinyo “Real”a qarşı

Gecənin digər mərkəzi qarşılaşmasında “Benfika” turnirin kralı “Real Madrid”i qəbul edəcək. Portuqaliya klubunun baş məşqçisi Joze Mourinyo üçün bu, sadəcə bir oyun deyil, keçmişinə qarşı bir meydan oxumadır.

Mətbuat konfransında hər zamankı kimi iddialı və fəlsəfi danışan Mourinyo, keçmiş komandasına hörmətini gizlətməyib, lakin hədəfini də dəqiq göstərib: “Mən “Real”da bacardıqlarım və bacarmadıqlarımla hər şeyimi verdim. Azarkeşlər mənə hələ də hörmət edir. Amma arzum budur: Real”ı Çempionlar Liqasından kənarlaşdıraq, sonra isə Arbeloa İspaniya çempionu olsun. Belə də, onun işi asanlaşar. Unutmayaq ki, yaralı kral hər zaman çox təhlükəlidir”.

Mourinyo, həmçinin Madridə qayıdacağı barədə şayiələrə son qoyub: “Müqaviləmin bitməsinə hələ bir il var. Hazırda ‘Real’ variantı gündəmdə deyil”.

Digər Qarşılaşmalar: Monakoda lazaret, Dortmundda “sarı divar”

Fransa derbisində “Monako” ciddi kadr problemləri ilə üz-üzədir. Knyazlıq təmsilçisi meydana əsas silahlarından məhrum şəkildə çıxacaq. Maqnes Akliuş (bud), Lamin Kamara (topuq) və Ansu Fati (əzələ) zədə səbəbindən “PSJ”yə qarşı oynaya bilməyəcəklər. Bu itkilər Paris nəhənginin şanslarını əhəmiyyətli dərəcədə artırır.

Almaniyada “Signal Iduna Park” stadionunda keçiriləcək görüş taktiki mübarizə vəd edir. Dortmundun məşhur azarkeş dəstəyi qarşısında İtaliyanın nizamlı “Atalanta”sının necə tab gətirəcəyi maraq doğurur.

Kəsəsi, sabahkı gecə Avropa futbolunda kartların yenidən paylanacağı gecə ola bilər. Bir tərəfdə İstanbulda tarix yazmaq istəyən “Qalatasaray”, digər tərəfdə Lissabonda köhnə hesabları bağlamağa çalışan Mourinyo. Futbol bayramını qaçırmayın!

SaatOyun                                              MəkanTV

21:45                          Qalatasaray – Yuventus           RAMS Park, İstanbul                       CBC Sport, TRT 1

00:00                          Benfika – Real Madrid              Estádio da Luz, Lissabon               İctimai TV

00:00                          Borussiya D – Atalanta             Signal Iduna Park, Dortmund      CBC Sport

00:00                          Monako – PSJ                              Stade Louis II, Monako

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54