Basketbol üzrə qadınlardan ibarət yığmamız AÇ-2027-nin seçmə turnirində növbəti oyununu keçirib. Riqa Olimpiya mərkəzində baş tutan oyunda milli Ukrayna ilə qarşılaşıb və rəqibə müqavimət belə göstərə bilməyib. E qrupunda yer alan basketbolçularımız böyük fərqlə məğlub olub – 34:98 (12:25, 8:20, 7:30, 7:23). Xatırladaq ki, qadınlarımız ilk iki oyunda da rəqiblərin böyük fərqlə uduzmuşdu. Əvvəl Bolqarıstana (48:141) yenilən yığmamız ardından Monteneqro (62:104) məğlub olmuşdu.
Qrupun qalan üç oyunu gələn ilin martında keçiriləcək. Final mərhələsinə vəsiqəni qrupda ilk iki yeri tutan və üçüncülər arasında ən yaxşı nəticə göstərən 3 komanda qazanacaq. Onu da qeyd edək ki, AÇ-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.