Onun oteldə qalmasına futbol yox, gizli sevgilisi səbəb olub
Tanınmış idman şərhçisi İbrahim Seten, “Fənərbaxça”dan ayrılan portuqaliyalı mütəxəssis Joze Mourinyo haqqında səs-küyə səbəb olacaq iddialar irəli sürüb. Seten, Mourinyonun İstanbuldakı “Four Seasons” otelində yaşamasını onun şəxsi həyatı ilə əlaqələndirərək, klubun bu yaşayış üçün ödədiyi məbləğlə bağlı müxtəlif rəqəmlər səsləndirib.
İbrahim Setenin sözlərinə görə, Mourinyonun evdə deyil, məhz oteldə qalmağa üstünlük verməsinin pərdəarxası səbəbi onun “əcnəbi sevgilisinin olmasıdır”. Şərhçi iddia edir ki, təcrübəli məşqçi görüşlərini daha rahat və gizli şəkildə həyata keçirmək üçün otel şəraitini seçib. Mourinyonun otel xərcləri barədə danışan Seten, maliyyə tərəfi ilə bağlı bir-birindən fərqli rəqəmlər qeyd edib.
Setenin ilkin iddiasına görə, otel xərclərinin ümumi məbləği 1.5 milyon avro təşkil edib. Ancaq “Fənərbaxça” rəhbərliyinin bu məbləği 600 min avro olduğunu bildirib. Şərhçi daha sonra otel xərclərinin kluba illik 1 milyon avroya başa gəldiyini vurğulayıb.İbrahim Seten səsləndirdiyi bu iddiaları “dünya miqyaslı bir xəbər” kimi xarakterizə edib. Onun bu açıqlamaları sosial mediada qısa zamanda gündəmə çevrilsə də, hələlik nə Joze Mourinyo, nə də “Fənərbaxça” klubu tərəfindən rəsmi bir təsdiq və ya təkzib gəlməyib. Hazırda bu fikirlər yalnız Setenin şəxsi iddiaları olaraq qalır.