Bakıdakı bərbad oyun və böyük hesablı məğlubiyyətdən sonra heç kim “Qarabağ”dan möcüzə gözləmirdi. Azarkeşlərin tək istəyi Nyukaslda biabırçı məğlubiyyətin olmaması idi. İlk 6 dəqiqədə ingilislərin 2 top vurması “Qarabağ” fanatlarının canına vəlvələ salsa da, qorxduqları başlarına gəlmədi. Qurban Qurbanovun komandası üçün artıq itiriləcək heç nə yox idi və risklərə göz önünə almaqdan başqa çıxış yolu yox idi. İngilis klubu ilə müdafiəyə oturub bəxtə ümid etmək özünə qəsd olardı. Görünür, Qurbanov da rəqibi yaxşı analiz etmiş, ağır məğlubiyyətin səbəbini anlamışdı. Bu dəfə onun yetirmələri daha sürətli oynayır, daha çevik düşünür və çevik qərarlar verirdi. İngilis klubu ilə başqa cür heç bir halda yaxşı nəticəyə ümid etmək mümkün deyildi. Belə mental dəyişiklik öz bəhrəsini verdi. “Qarabağ” uduzsa da, tablodakı hesab abırlı oldu. Doğrudur, “Nyukasl” futbolçularının rahatlığı da buna imkan verdi. Amma istənilən halda Qurbanov məqsədinə nail oldu və Bakıdakı biabırçı nəticə, ən əsası bərbad oyun təkrarlanmadı. Amma yüksək tempdə oynamağın fəsadları da oldu. “Qarabağ” üçün mövsümün kəşfi olan Kamilyo Duran elə duran yerdə zədələnərək meydanı tərk etməli oldu.
Pley-off, cavab oyunu
“Nyukasl” – “Qarabağ” 3:2 (ilk oyun 6:11)
Qollar: Tonali, 4 (1:0). Joaelton, 6 (2:0). Duran, 51 (2:1). Botman, 52 (3:1). Cəfərquliyev, 57 (3:2).