“Neftçi” qələbəni son saniyədə əldən verdi

28.02.26 | 18:37
Ölkə futbolu

“Qarabağ”la oyunun təxirə salınması səbəbindən yaranan məcburi fasilə Yuri Vernidubun yetirmələrinin oynuna təsirsiz ötüşməmişdi. Cari ildə keçirdiyi 4 oyundan üçündə qələbə qazanan “ağ-qaralar”, bu dəfə Şamaxı səfərində həmin inamlı ritmi bərpa etməkdə çətinlik çəkirdilər.

Digər tərəfdən, Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı” – rəqibləri üçün hər zaman “çətin qoz” olduğunu bir daha sübut etdi. “Astronomlar” sabitlik nümayiş etdirməkdə çətinlik çəksələr də, öz meydanlarında istənilən rəqibi büdrətməyə qadir olduqlarını göstərdilər.

İlk hissəsi qolsuz bərabərliklə başa çatan matçın axarı fasilədən sonra dəyişdi. Vernidubun ikinci hissənin əvvəlində Vensan Abubakarı meydana daxil etməsi qısa zamanda bəhrəsini verdi. 60-cı dəqiqə Abubakar fürsəti boşa verməyərək “Neftçi”ni hesabda irəli çıxardı. Hücumlarını kəskinləşdirən şamaxılılar çox keçmədi ki, Sezarın qolu ilə hesaba tarazlıq gətirdilər. Oyunun sonlarına doğru dram pik həddə çatdı. Abubakar dubl edərək paytaxt təmsilçisini qələbəyə çox yaxınlaşdırdı. Lakin “Şamaxı” təslim olmadı. Hakimin əlavə etdiyi 8-ci dəqiqədə təyin olunan penaltini Kərim Rossi soyuqqanlılıqla yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.

ŞAMAXI – NEFTÇİ 2:2 (0:0)

Qollar: Abubakar, 60 (0:1), 90+1 (1:2); Sezar, 75 (1:1), Rossi, 90+8-pen. (2:2)

Baş hakim: Kamranbəy Rəhimov.

“Şamaxı”: Rikardu Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev (Rafaël Məhərrəmli, 88), Oruc Məmmədov (Abdullahi Şuaybu, 69), Rüfət Abbasov, Kərim Rossi, Edqar Ədilxanov (Andrey Tırkovyanu, 68), Dioqu Balau (Emil Süleymanov, 90+9), Sezar, David Santos, Rikardo Apolinario.

“Neftçi”: Kenan Piriç, Emin Mahmudov (k) (Freddi Varqas, 65), Elvin Bədəlov, Falaye Sako (Andrey Ştoqrin, 29), Emil Səfərov, Mustafa Sek, Ifeanyi Mettyu, Bassala Sambu (Vensan Abubakar, 46), İmad Faraj (Murad Məmmədov, 85), Breno Almeyda, İqor Ribeyro.

Sarı vərəqələr: Ribeyro, 46. Ştoqrin, 73. Rossi, 84. Sek, 90+7.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54