“Neftçi” “Araz-Naxçıvan”ı darmadağın etdi

01.02.26 | 16:16
Ölkə futbolu

Hər iki komanda mövsümün gedişində məşqçi dəyişikliyi etmiş, mövsümün ikinci yarısına böyük ümidlərlə başlamışdı. Turnir cədvəli baxımından isə “Araz-Naxçıvan”ın vəziyyət nisbətən yaxşı idi. Lakin bu oyunun ilk yarısı göstərdi ki, naxçıvanlıların işi heç də asan olmayacaq. Açıq-aşkar üstün oynayan “Neftçi” çətinlik çəkmədən iki qol vurdu. Meydan sahibləri isə demək olar heç nə ilə yadda qalmadı. Komandada nə istək, nə aqressivlik, nə də oyunu xilas edə biləcək taktiki düşüncə vardı. Andrey Demçenkonun naxçıvanlıların oyununa hansı yenilikləri gətirdiyini söyləmək çətin idi. Ukraynalı məşqçi özü də deyəsən ilk yarıda bu suala cavab axatarırdı. Hər halda onun qayğılı, amma gedişatdan heç nə anlamayan mimikası bunu deməyə əsas verirdi.

İkinci hissədə meydan sahibləri daha canlı və hərəkətli oynadı və nəticədə daha şən oyun gördük. “Araz-Naxçıvan”ın heyətində xüsusilə sonradan meydana çıxan Felipe Santos canlanma yaratmışdı. Məhz Felipe komandasının yaradıcı oynamasında, topu özündə saxlamasında əsas rol oynayırdı. Lakin Felipenin hərəkətliliyi vəziyyəti dəyişmək üçün kifayət etmədi. Əvəzində sonradan meydana çıxan Alessio Kurçinin ustalığı həlledici oldu. Kurçi cərimə meydanı kənarından ustalıqla topu uzaq küncə fırlatdı.

Bu oyunda “Neftçi”nin qələbə qazanmasından çox “Araz-Naxçıvan”ın uduzduğunu söyləmək daha doğru olardı. Hətta ağır, yöndəmsiz Abubakar da yeriyə-yeriyə “Araz-Naxçıvan”a qol vurdu. Belə bir oyunla Yuri Vernidubun işini və komandanın oyununu saf-çürük etmək çətindir. Amma naxçıvanlıların bu gedişlə uğursuz mövsüm yaşayacağı istisna deyil.

“Araz-Naxçıvan” – “Neftçi” 0:4
Qollar: İqor Ribeyro, 4 (0:1). Bassala Sambu, 40 (0:2). Allesio Kurçi, 84 (0:3). Venssn Abubakar, 90+2 (0:2).

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03