Neapolda möcüzə baş vermədi

25.11.25 | 23:47
Ölkə futbolu

Qurban Qurbanovun start heyətində sürpriz olmadı. Yalnız zədəli Kadi Borxesin yerinə son oyunlarda özünü yaxşı tərəfdən göstərmiş Addai ilk dəqiqələrdən meydanda idi. “Napoli” isə meydana itkilərlə çıxmışdı. Lukaku və De Bröyne kimi aparıcı oyunçular zədə üzündən bu oyunda iştirak etmirdi.

“Qarabağ” ilk yarıda pas oynamaqda və hücum qurmaqda çətinlik çəkirdi. Bununla belə meydan sahibləri də hücumda kəsərli ola bilmirdi. 26-cı dəqiqədə Maktominey cərimə meydanında yıxılarkən baş məqşçi Konte qarışıq bütün Neapol penalti istəsə də, hakim epizoda yaxın idi və hətta VAR-a belə lüzum görmədi. Yalnız 35-ci dəqiqədə sol cinahdan asmanı Neres akrobatik tullanışla qapıya vurdu və Koxalski də eyni gözəlliklə tullanaraq topu çıxardı. Bundan başqa meydan sahibləri ilk yarıda real qol vəziyyəti yarada bilmədi və topa sahib olma faizi də demək olar bərabər idi. Odur ki, ilk hissəni “Qarabağ”ın aktivinə yazmaq olardı. Özü yaradıcı və mütəşəkkil oyun qura bilməsə də, rəqibə də kombinasiya qurmaq üçün genişlik vermədi.

İkinci hissənin əvvəlində hakim neapollulara şans verdi. Müdafizəmizin buraxdığı ara pasını qəbul edən Di Lorenso ilk öncə əli ilə Yankoviçə zərbə endirsə də, hakim məhz Yankoviçin cərimə meydanında qaydanı pozduğunu bildirdi və hətta VAR-a da müraziət etmədi. Lakin son sözü qapıçı Koxalski dedi. O, Heylundun penaltisini qaytarmağı bacardı. Bundan sonra “Napoli” təzyiqi artırdı və qapımız önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etdi. Koxalski azı 2 epizodda komandasını qoldan xilas etsə də, künc zərbəsi zamanı Mustafazadənin tərs vuruşunu düz Maktomineyin üstünə qaytardı. Şotland rahatca topu başla tora atdı. Bundan sonra da meydan sahibləri sakitləşmədi və 72-ci dəqiqədə hesabı artırdı. Bu dəfə Yankoviçə toxunan top Koxalskini aldatdı. İkinci qol faktiki olaraq hökmə bərabər idi. Oyuboyu rəqib qapısı önündə heç bir qol vəziyyəti yaratmayan və yalnız Addainin hər hissədə uzaqdan bir zərbəsi ilə yadda qalan qonaqların vəziyyəti dəyişəcəyi inandırıcı deyildi. Təəssüf ki, başından topla güclü zərbə alan Kevin Medinanın müdafiədəki yeri əvəzolunmazdır. Məhz onun meydanı tərk etməsindən sonra italyanlar qapımıza yol tapdılar.

“Napoli” – “Qarabağ” 2:0

Napoli: Saviç Milinkoviç, Alllessando Buongiorno (Juan Jesus, 90), David Neres (Antonio Verqara, 90), Skot Maktominey, Amir Rraxmani, Matias Olivera, Rasmus Heylund (Lorentso Lukka, 75), Covanni Di Lorenso, Sem Baukema (Matteo Politano, 64), Stanislav Labotka, Noa Lanq (Elif Elmas, 75).

Qarabağ: Mateuş Koxalski, Mateus Silva (Dani Bolt, 75), Kevin Medina (Sami Mmae, 61), Bəhlul Mustazadə, Elvin Cəfərquliyev (Toral Bayramov, 76), Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade (Aleksey Kaşuk, 61), Emmanuel Addai, Abdullah Zubir, Kamilo Duran (Nəriman Axundzadə, 76).

Qollar: Maktominey, 66 (1:0). Yankoviç, 72-avtoqol (2:0).

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09