Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21
Ölkə futbolu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) milli komandaların 2026-cı ilin aprel ayı üçün növbəti reytinq cədvəlini elan edib. Son bir ayın nəticələrinə görə millimiz üç pillə irəliləyb.

Son dövrlər nümayiş etdirdiyi oyunla diqqət çəkən yığmamız, dünya sıralamasında mövqeyini yaxşılaşdırmağa nail olub. Ötən ayla müqayisədə 3 pillə irəliləyən komandamız 124-cü pillədə qərarlaşıb. Hazırda millimizin aktivində 1136,67 xal mövcuddur.

Cədvəldəki rəqiblərlə xal fərqinə nəzər salsaq, rəqabətin kifayət qədər gərgin olduğunu görmək olar. Belə ki, yığmamız 123-cü pillədəki Farer adalarından (1137,14) cəmi 0,47 xal geri qalır. 125-ci yerdəki Surinam (1132,43) isə artıq millimizin gerisindədir.

Reytinqdəki bu yüksəlişin əsas səbəbi Bakıda təşkil olunan “FIFA Series” turnirindəki uğurlu çıxışdır. Xatırladaq ki, komandamız turnir çərçivəsində keçirdiyi hər iki qarşılaşmada müsbət nəticə əldə edib: Sent-Lusiya ilə matçda 6:1 hesablı məğlub edib və Syerra-Leone ilə heç-heçə bitən (1:1) oyunda isə rəqibi penaltilər seriyasında yenib –  9:8.

UEFA Millətlər Liqasının D divizionundakı gələcək rəqiblərimizlə müqayisədə Azərbaycan millisi reytinq baxımından xeyli öndədir. Rəqiblərin mövcud vəziyyəti belədir: Litva 1058,42 xalla 148-ci, Lixtenşteyn isə 803,57 xalla 206-cı pillədə qərarlaşıb.

Reytinqin yuxarı onluğunda isə ciddi rəqabət davam edir. Fransa millisi az fərqlə İspaniya və Argentinanı qabaqlayaraq birinciliyini qoruyub.

Dünyanın “Top-10” komandası:

1. Fransa – 1877,32

2. İspaniya – 1876,40

3. Argentina – 1874,81

4. İngiltərə – 1825,97

5. Portuqaliya – 1763,83

6. Braziliya – 1761,16

7. Niderland – 1757,87

8. Mərakeş – 1755,87

9. Belçika – 1734,71

10. Almaniya – 1730,37

Mərakeş yığmasının 8-ci pillədəki mövqeyini qoruması və Almaniyanın onluğu qapatması aprel ayının əsas statistik məqamlarından biri kimi qeyd olar.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54