Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09
Dünya futbolu

Mundialın yarımfinalında Argentina və İngiltərə arasında keçirilən gərgin qarşıdurma dramatik anlarla yadda qaldı. Görüşün böyük hissəsini məğlub durumda və turnirlə vidalaşmaq ərəfəsində olan Argentina 86-cı dəqiqədə möcüzəyə imza atdı.

Antoni Qordonun qolu ilə hesabda geri düşən “albiseleste” üçün dönüş nöqtəsi Lionel Messinin ötürməsi ilə gəldi. Künc zərbəsindən sonra topu qəbul edən Enso Fernandes cərimə meydançasının xaricindən endirdiyi dəqiq və güclü zərbə ilə Cordan Pikfordu məyus edərək hesabı bərabərləşdirdi.

Bu qol stadionda tribunaları ayağa qaldırarkən, kameralar Messinin həyat yoldaşına yönəldi. Əlində argentinalı ulduzun “10” nömrəli forması ilə matçı izləyən xanım, bu kritik anın gətirdiyi həyəcan və rahatlıq hissi ilə göz yaşlarına hakim ola bilmədi. Yaxınları ilə sevincini bölüşən Messinin həyat yoldaşının yaşadığı bu emosional anlar, matçın gərginliyinin miqyasını bir daha nümayiş etdirdi.

Qolun gətirdiyi ruh yüksəkliyi ilə hücumlarını gücləndirən Argentina, cəmi altı dəqiqə sonra yenidən səhnəyə çıxan Lionel Messinin növbəti məhsuldar ötürməsi ilə qələbə topunu vuraraq finala vəsiqə qazandı. Messinin dünya çempionatındakı “son rəqsi” davam edir.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45