Messinin uğursuz Hindistan səfəri

14.12.25 | 16:03
Dünya futbolu

Lionel Messinin Hindistan futbolunun təbliği məqsədi ilə üçgünlük səfərinin böyük uğur qazancağı gözlənilsə də, hər şey əksinə oldu. Sözün əsil mənasında Messinin turnesi fiasko ilə nəticələndi. Düzdür, burada argentinalının heç bir günahı yoxdur. Pullarının geri qaytarılmasını tələb edən azarkeşlərin etirazı tamamilə başqa məsələlə ilə bağlıdır.
Plana əsasən, Kəlküttədə Messinin heykəlinin açılışından sonra tədbir stadiona daşınmalı idi. Orada Messi və dostları (onların arasında Luis Suares və Rodriqo De Paul da var idi) matç keçirməli, tamaşaçıların daha çox əylənməsi üçün penalti seriyası təşkil etməli idilər. Biletlər 135 avroya satılırdı, bu, Hindistan üçün az pul deyil.
Lakin bunun əvəzinə, Messiyə yaxınlaşmaq imkanı əldə edən siyasətçilər və aktyorlar demək olar ki, bir saat ərzində onu suallar və avtoqraf istəkləri ilə yordular. Bundan sonra təşkilatçılar matçı ləğv etmək məcburiyyətində qaldılar. Özlərini aldadılmış hiss edən tamaşaçılar stadionu dağıtmağa və oturacaqları sındırmağa başladılar. Polis hadisəyə reaksiya versə də, artıq gec idi. Görünən odur ki, zərərə görə məsuliyyəti  Messi turunun təşkilatçısı olan, yerli promouter Satadru Datta daşımalı olacaq. O, hazırda dələduzluq və tədbirin pis təşkilində şübhəli qismində həbs edilib. Qərbi Benqaliya qubernatoru isə Leodan və iğtişaş törədən narazı azarkeşlərdən üzr istəyərək, onlara pullarının qaytarılacağını vəd edib.

Paylaş:

Xəbər Lenti

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35