Dünən futbol dünyası daha bir nəhənglərin duelinin şahid oldu. Belə ki, Lionel Messi və Tomas Müller yenidən rəqib kimi, bu dəfə MLS kuboku finalında üz-üzə gəldilər. Son 4 dueldə almana yenilən Messi bu dəfə karyerasının ən çətin rəqiblərindən birinə qarşı oyunda dönüş yarada bildi. Belə ki, onun şərəfini qoruduğu “İnter Mayam”I həlledici oyunda “Vankuver”Ii 3:1 hesabıyla məğlub edərək MLS kubokunun qalibi oldu. Bu qarşılaşmada nə Müller, nə də Messi adını tabloya yazdıra bilmədi. Ancaq argentinalı forvard iki məhsuldar ötürmə ilə komandasının qələbəsinə töhvə verə bildi. Bununla Messi karyerasında 48-ci titulunu qazandı.
Klubun sahibi Devid Bekhem oyunsonrası müsahibəsində belə deyib: “Messini məhz buna görə “İnter Mayami”yə gətirdim. Çətinlik içində olan klubu iki ilə uğurlu bir komandaya çevirdi. Biz xoşbəxtik, çünki çətinliklərin öhdəsindən gələ bildik”.
Final həmdə İspaniya və “Barselona”nın sabiq ulduzları Serxio Busketslə Jordi Albanın böyük futbolda sonuncu oyunları oldu.