Səudiyyə Ərəbistanı yığmasından ayrıldıqdan sonra bir ildən çox işsiz qalan Roberto Mançini yenidən məşqçiliyə qayıdır. Nüfuzlu insayder Fabrizio Romano sosial mediada 60 yaşlı mütəxəssisin Qətərin “Əl Sədd” klubu ilə razılığa gəldiyini açıqlayıb. Bu gün Mançini yeni klubu ilə müqavilə imzalamaq üçün Dohaya uçacaq.