Sonuncu dəfə avqustda forma geyən millinin hücumçusu Mahir Əmrəli dünən cari mövsümdə 2-ci bundesliqada 3-cü oynuna çıxıb. Bu qarşılaşmada Mahirin komandası “Kayzerslautern” evdə “Herta”ya minimal hesabla uduzub. Bərabərlik qolunu arayan “Kayzerslautern”in baş məşqçisi Torsten Liberkneht 63-cü dəqiqədə Əmrəlini oyuna buraxıb. Ancaq çox keçməyib Əmrəli meydanı tərk etməli olub. Beləki, məşqçi zədələnən Əmrəlini 77-ci dəqiqədə Riçmond Taçiylə əvəzləməli olub.