Vaxtilə rəqib qapılarına asanlıqla yol tapmaqda məşhur olan Almaniya millisinin sabiq oyunçu Kevin Kuranyi bu dəfə öz qapısını asanlıqla təslim edib. Oğrular məşhur alman hücumçunun evinə girərək qarət ediblər. Bununla bağlı sualları cavablandıran futbolçu belə deyib: “Dostumun ad günündə idim. Evə dönəndə mənzildə oğruları gördüm. Demə evdən çıxarkən siqnalizasiyanı qoşmağı unutmuşam”.
Kuranyi nəinki qapısından oğru buraxmaqda, hətta sürətdə də onlara uduzub. “Oğruların arxasınca qaçdınmı” sualının cavabında isə buları söyləyib: “Bəli, amma onlar tez gözdən idilər. Təəssüf ki, dizim ağrıdığı üçün onları tuta bilmədim. Sonra polisə zəng etdim və gəlib siqnalizasiya quraşdırdılar. Evdən saatlarımı, bəzi qiymətli əşyalar və 150.000 dollar oğurladılar”.