Bu gün qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq görüşdə təmsilçimiz Kiprin “APOEL” klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Komandalar arasında cavab matçı oktyabrın 11-də keçiriləcək.