İlk dövrədə Zirədə darmadağın olan (0:5) “Kəpəz” bu acı məğlubiyyətin əvəzinə çıxa bilmədi. İlk hissə az-çox bərabər keçsə də, “Zirə”nin ərazi üstünlüyü və daha keyfiyyətli oyunçu imkanları hiss olunurdu. Bu üstünlük ikinci hissədə hesaba da təsir etdi.
Turun digər oyunu qolsuz başa çatdı və “Turan” xal itkisi ilə “Zirə”ni özündən qabağa buraxdı.
“Kəpəz” – “Zirə” 0:2
Qollar: L. Mikels, 62. İ. Cibrilla, 84.
”Turan Tovuz” – “Neftçi” 0:0