“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41
Ölkə futbolu

Bu matç hər iki komanda üçün vacib idisə, “Qəbələ” üçün ikiqat əhəmiyyət daşıyırdı. Elitada qalmaq uğrunda mübarizədə əsas rəqibi olan “Kəpəz”in dirçəlişi və ötən turda “Qarabağ” üzərində qələbə qəbələliləri işinə daha ciddi yanaşmağa məcbur edirdi. Artıq gəncəlilərdən 5 xal geri qalan Kaxaber Tsxdadzenin komandası daha bir məğçubiyyətlə aqibətini çətinə salardı. Bu səbəbdən komanda “Kəpəz”lə oyunda daha diqqətli oynadı. İlk yarı demək olar bərabər keçdi. Rəqiblər maksimum səhv etməməyə çalışırdı. Ara-sıra “Kəpəz”in həmlələri olsa da, qapıçı Səlahət Ağayev yerində inamlı idi. Qonaqların heyətində isə bəzi epizodlarda Akinade və Ba Luanın ləng qərar verməyi epizodların təhlükəsini azaldırdı. Lakin ikinci hissədə “Qəbələ” düzgün yanaşma ilə iki qol vura bildi. Nominal meydan sahiblərinin fəallaşması qonaqlara sürətli əks-hücum imkanı yaradırdı. Qəbələlilərin heyətində sürətli oyunçuların olması da işə yarayırdı. Nəhayət, Akinade və Massumo bu fürsətləri qola çevirdi. Akinadenin uzaqdan vurduğu zərbəni yaxın küncdən buraxan Yusif İmanovun da qolun buraxılmasında payını qeyd etmək lazımdır. “Kəpəz”in hücumlarını isə yaxşı oyun keçirən Səlahət ustalıqla dəf edə bildi.

Bununla da vacib 3 xal qazanan “qara-qırmızılar” “Kəpəz”lə xal fərqini 2-yə endirdi və autsayder “Karvan”dan bir az da uzaqlaşmaq imkanı qazandı.

Premyer Liqa, 26-cı tur

KƏPƏZ – QƏBƏLƏ 0:2 (0:0)

Qollar: İsmahil Akinade, 74 (0:1), Domi Massumo, 89 (0:2)

Yevlax, Şəhər stadionu

Baş hakim: Vüqar Həsənli

“Kəpəz”: Yusif İmanov, Ehtiram Şahverdiyev (Camal Cəfərov, 61), Rauf Hüseynli, Fərid Nəbiyev (Sadiq Şəfiyev, 80), Rəhman Hacıyev (Ümid Səmədov, 80), Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa, Adama Fofana, Mate Abuladze, Mahamadu Ba (Şakir Seyidov, 60)

“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Nuqay Rəşidov (Nicat Əliyev, 54), Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Lua (Eduardo Kunde, 83), Sambu Sissoko, İsaak Amoa, Prins Ovusu, Domi Massumo, İsmahil Akinade

Sarı vərəqələr: Mahamadu Ba, 52. İsmahil Akinade, 47.

Qırmızı vərəqə: Dioqo Verdaşka, 90+1.

Paylaş:

Xəbər Lenti

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29