İsveçin kənd komandası qazanır, biz isə xərcləyirik

21.10.25 | 10:17
Dünya futbolu

İsveçdə kənd komandası çempion oldu

İsveçdə tarixi hadisə baş verib. Əhalisinin sayı heç 2 000-ə çatmayan bir kəndin komandası ölkə çempionu olub. “Myallbyü”nü dünya futbolunda çəkisi olan İsveç kimi ölkənin çempionatında qələbəyə daşıyan baş məşqçi Andres Tortesson həm də məktəb direktorudur. Məsələ təkcə tarixi və unikal qələbəylə bitmir. Klubun transfer siyasətinə nəzər salsaq maraqlı rəqəmlərə rast gələrik. 2024/2025 mövsümündə klubun transfer siyahısında 33 futbolçunun adı düşüb. Kənd klubu 17 oyunçunu sıralarına qoşub. Yeni gələnlərə görə “Myallbyü”nün rəhbərliyi 1,12 milyon avro xərcləyib. Başqa klublara keçən oyunçulara görə klubun hesabına 3,20 milyon avro köçürülüb. “Kəndlilər” ağıllı transfer siyasəti hesabına 2.80 milyon avro qazanc əldə ediblər. Heç 2 min əhalisi olmayan kənd komandası bizim futbol funksionerlərinə örnək olmalıdır. Bizim futbolda milyonlar xərclənsə də, “Myallbyü” kimi özünü dolandıra bilən klub yoxdur. Nəinki yoxdur, hətta işi-gücü dövləti ziyana salmaqdır. “Myallbyü” hekayəsi sübut edir ki, böyük pullar xərcləyib xaricdən məşqçi və oyunçu gətirməklə inkişaf etmək ideyası saxtakarlıqdır.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09