“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard “qırmızılar”ın müvəqqəti baş məşqçisi ola bilər. Jurnalist Jan-Pol Sibrasın məlumata görə, əgər İngiltərənin hazırkı çempionu Arne Slotu istefaya göndərərsə, Cerrardın cari mövsümün sonuna qədər komandaya rəhbərlik etməsi variantını nəzərdən keçirəcək.
Bu halda klubun uzunmüddətli planı yayda “Real”ın keçmiş məşqçisi Xabi Alonsonun təyinatını nəzərdə tutur. Xatırladaq ki, Cerrard 1998-2015-ci illərdə “Liverpul”da çıxış edib. O, “qırmızılar”la birlikdə 11 böyük zəfər yaşayıb, o cümlədən Çempionlar Liqası və UEFA Kubokunu qazanıb. Cerrardın məşqçilik karyerasında son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandası olub. O, həmçinin “Reyncers” və “Aston Villa”ya da rəhbərlik edib.