Yeddiqat dünya çempionu, snuker əfsanəsi Ronni O’Sallivan TNT Sports efirində bütün dövrlərin ən yaxşı idmançılarını açıqlayıb. Maraqlıdır ki, snuker mövzusunda Ronni öz adını çəkməyib.
Tarixin ən yaxşı futbolçusu: Dieqo Maradona
Tarixin ən yaxşı olimpiya atleti: Useyn Bolt
Tarixin ən yaxşı tennisçisi: Novak Cokoviç
Tarixin ən yaxşı boksçusu: Məhəmməd Əli
Tarixin ən yaxşı velosipedçisi: Kristofer Frum
Tarixin ən yaxşı reqbiçisi: Cona Lomu
Tarixin ən yaxşı snukeriçisi: Stiven Hendri
Ronni O’Sallivan snuker tarixində karyerası ərzində 1300-dən çox senturi-breyk edən ilk oyunçudur. Onun adı hələ 2012-ci ildə snukerin “Şöhrət Zalı”na daxil edilib.