Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33
Digər növlər

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçirilən dünya çempionatından sonra yenilənmiş reytinq cədvəlini açıqlayıb. Azərbaycan cüdoçularından Əhməd Yusifov və Zəlim Tçkayev çəki dərəcələrində liderliyə yüksəliblər.

60 kq çəki dərəcəsində dünya çempionu olan Əhməd Yusifov aktivinə 2000 xal əlavə edərək 5-ci pillədən 1-ci yerə qalxıb. Onun hesabında 5180 xal var. Yusifov komanda yoldaşı Balabəy Ağayevi 357 xal qabaqlayır.

81 kq-da dünya çempionatının gümüş medalını qazanan Zəlim Tçkayev də iki pillə irəliləyərək 4662 xalla reytinqin zirvəsinə yüksəlib.

Bakıda keçirilən mundialın digər gümüş mükafatçısı Uşanqi Kokauri (+100 kq) isə 4690 xalla ikinci yerdə qərarlaşıb.

Bürünc medalçılarımızdan Kənan Nəsibov (+100 kq) dörd pillə irəliləyərək 3920 xalla üçüncü yerə yüksəlib. Murad Fətiyev (90 kq) 4005 xalla üçüncü pillədəki mövqeyini qoruyub. Rəşid Məmmədəliyev (73 kq) 5-ci yerdən 4-cü pilləyə qalxaraq aktivindəki xalların sayını 4543-ə çatdırıb. Ömər Rəcəbli (81 kq) isə 3647 xalla 6-cı yerdə qalıb.

Dünya çempionatında uğursuz çıxış edən olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinqdə geriləyiblər. Heydərov 1933 xalla 20-ci, Kotsoyev isə 2894 xalla 12-ci pilləyə enib.

Paylaş:

Xəbər Lenti

“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14

Du Keiroş: “Sabah”ın Çempionlar Liqası layihəsi məni çox həvəsləndirdi”

13.10.26 | 14:54

Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06