Ölkəmizin sərbəst güləş üzrə millisinin böyüklər arasında dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib.
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək mundialda ölkəmiz 10 güləşçi ilə təmsil olunacaq.
İlkin heyətə aşağı çəkilər üzrə İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseni Cioyev (86 kq), Əli Tsokayev (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Georgi Meşvildişvili (125 kq) daxil edilib.