ÇL-də gərginlik: Palladino Kovaçın əlini niyə geri çevirib?

18.02.26 | 17:53
Dünya futbolu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Niko Kovaçın rəhbərlik etdiyi “Borussiya Dortmund”un “Atalanta”nı 2:0 hesabı ilə məğlub etdiyi . matçın sonunda Kovaç rəqib həmkarı Raffaele Palladinoya əl uzatsa da, italyan məşqçi bu jesti cavabsız qoyub və sonradan bunun səbəbini açıqlayıb: “Mən etiraz etməyi xoşlamıram, onlar isə ehtiyat oyunçular skamyasında hər xırda detala görə şikayətlənirdilər. Hakim qərarlarının yaxşı və ya pis olmasından asılı olmayaraq, mən onlara işlərini görməyə imkan verməyə çalışıram. Ona görə də Kovaça sadəcə hakimləri rahat buraxmalı olduğunu dedim”.
Niko Kovaç isə həmkarının bu hərəkətinə təəccübləndiyini gizlətməyib: “Mən ona əlimi uzatdım. Nədən şikayət etdiyini başa düşmədim. Dediklərini italyanca söylədiyi üçün gedib özündən soruşmalı olacaqsınız”.
Şayiələrə görə, Palladinonu daha çox “Borussiya” oyunçularının hakimə davamlı təzyiq göstərməsi qıcıqlandırıb. Kovaç isə bu ittihamları zarafatla qarşılayaraq belə deyib: “Biz cənubluyuq, ona görə də vaxtaşırı hakimlərlə mübahisə etməyimiz normaldır. Amma bugünkü mübahisələr həddindən artıq sakit və əhəmiyyətsiz idi”.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45