“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33
Dünya futbolu

UEFA Avropa Liqasının 2025/26 mövsümünün ilk dörddəbir final mərhələsi çərçivəsində keçirilən “Braqa” – “Betis” qarşılaşması qalibsiz başa çatıb. Portuqaliyada qeydə alınan 1:1 hesablı heç-heçə cütün taleyini cavab oyununa saxlayıb.

Matça fırtına kimi başlayan meydan sahibləri artıq 5-ci dəfədə hesabı açmağı bacarıblar. Rodriqeşin künc zərbəsindən ötürdüyü “hiyləgər” ötürməni Qrilliç dabanı ilə tamamlayaraq gecənin ən gözəl qollarından birinə imza atıb – 1:0.

“Betis” tezlikə Bartra ilə tarazlığı bərpa etsə də, qol ofsayd səbəbindən hesaba alınmadı. İlk hissənin qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər fasiləyə “silahçılar”ın minimal üstünlüyü ilə yollanıblar.

Oyunun ikinci yarısı olduqca sönük keçdi. “Braqa” topa sahib olma faizində (72%) mütləq üstünlüyə malik olsa da, bu dominasiyanı kəsərli hücumlara çevirə bilmədi. Manuel Pelleqrinini yetirmələri isə əks-hücumlarda daha təhlükəli idilər. Qonaqların fəallığı  61-ci dəqiqədə bəhrəsini verdi. Kuço Ernandes  penalti zərbəsinidən status-kvonu bərpa etdi – 1:1.

Avropa Liqasının yarımfinalına vəsiqə qazanacaq komandanın adına Sevilyanın “Benito Vilyamarin” stadionunda keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.

“Braqa” (Portuqaliya) – “Betis” (İspaniya) 1:1

Qollar: Qrilliç, 5 – Kuço Ernandes, 61- penalti

Paylaş:

Xəbər Lenti

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29