“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26
Dünya futbolu

“Bavariya”nın canlı əfsanəsi Manuel Noyer Çempionlar Liqasının (ÇL) “Real”la baş tutan qarşılaşmasında növbəti dəfə ustalığını nümayiş etdirib. Münhenlilərin Madriddə qazandığı 2:1 hesablı qələbədə aslan payı məhz 40 yaşlı qapıçıya məxsusdur.

Matçın “ən yaxşı oyunçusu” seçilən Noyer Madrid səfərində rəqibin 9 təhlükəli zərbəsini dəf edərək komandasını qələbəyə daşıyıb. “Opta” statistika mərkəzinin məlumatına görə, ÇL-in pley-off mərhələsi tarixində indiyədək heç bir qapıçı “Santyaqo Bernabeu” stadionunda bir oyunda 9 seyv etməyə müvəffəq olmamışdı. Bununla da alman qolkiper Madrid arenasında yeni rekorda imza atıb.

Noyer təkcə oyun göstəriciləri ilə deyil, çıxdığı matç sayına görə də tarix yazmağa davam edir. Almaniyalı əlcək sahibi ÇL-də eyni komandanın formasında 136-cı dəfə start heyətində meydana çıxmaqla, bu göstərici üzrə “Barselona”nın sabiq ulduzu Lionel Messiyə çatıb.

Hazırda turnir tarixində eyni klubun heyətində əsas onbirlikdə ən çox yer alan oyunçu isə “Real Madrid”in əfsanəvi kapitanı İker Kasilyasdır (150 oyun). Noyerin forması və davamlılığı onun yaxın gələcəkdə bu mütləq rekordu da yeniləməyə əsas namizəd olduğunu göstərir.

Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması aprelin 15-də, çərşənbə günü Münhendə keçiriləcək. İlk oyunda qazanılan minimal üstünlük “Bavariya”nı final yolunda bir addım öndə tutsa da, Madriddəki möhtəşəm performansı ilə diqqət çəkən Noyerin cavab matçındakı çıxışı da həlledici olacaq.

Paylaş:

Xəbər Lenti

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29