Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “İmişli” ilə qarşılaşmadan (1:1) sonra “Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis komandasının çıxışından narazı qaldığını gizlətməyib: “İlk hissədə çox zəif təsir bağışladıq. Fasiləyə az qalmış qapımızda gözlənilməz və lüzumsuz qol gördük. İkinci yarıda daha fəal futbol sərgiləsək də, bu, qələbə topunu vurmaq üçün kifayət etmədi. Təəssüf ki, bizim üçün çox vacib olan xalları itirdik”.