Azər Bağırov: “Qələbəni son anda əldən verdik, iki xal itirdik”

09.03.26 | 22:49
Ölkə futbolu

Premyer Liqanın 23-cü turunda doğma meydanda “Zirə”ni qəbul edən Gəncənin “Kəpəz” komandası dramatik keçən görüşdən bir xalla ayrılıb (2:2). Matçdan sonra keçirilən mətbuat konfransında gəncəlilərin baş məşqçisi Azər Bağırov oyunun gedişatını və nəticəni dəyərləndirib.

Baş məşqçi ilk növbədə komandanı tək qoymayan azarkeşlərə minnətdarlığını bildirib: “Son dəqiqəyə qədər bizimlə olan, komandaya dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Unutmaq olmaz ki, həqiqi azarkeş məhz komandanın çətin vaxtlarında bəlli olur. Onların bu enerjisi futbolçularımız üçün çox vacibdir”.

Rəqibin gücünə bələd olduqlarını vurğulayan Bağırov, oyunun gedişatındakı eniş-yoxuşlara toxunub: “Bizi güclü bir rəqibin gözlədiyini bilirdik və komandanı buna uyğun hazırlamışdıq. Təəssüf ki, oyuna pis başladıq. Lakin sonradan toparlanmağı bacardıq və rəqib qapısına iki qol vurduq. Əgər bəzi epizodlarda daha dəqiq oynasaydıq, hesab fərqini artıra və daha böyük uğur qazana bilərdik.

Matçın son dəqiqələrində qələbəni əldən verdiklərini deyən mütəxəssis, bir xalı qazanc yox, itki hesab edir: “Oyunun sonunda qələbəni rəqibə ‘hədiyyə etdik’. Hesab edirəm ki, bu gün biz bir xal qazanmadıq, əksinə, vacib iki xalı itirdik”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09