Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09
Dünya futbolu

“Real”ın formasını geyinən Türkiyə millisinin ulduzu Arda Gülər, son günlər gündəmi zəbt edən iddialarla bağlı sosial şəbəkə hesabında rəsmi bəyanat yayıb. Karyerasının ilk illərində birgə çalışdığı Serhatdır Pekmezcinin açıqlamalarına cavab verən Arda, “Kral klubu”nun bir parçası olmaqdan qürur duyduğunu vurğulayıb.

Arda Gülər, “Real”da psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərləri qətiyyətlə təkzib edərək bu sözləri qeyd edib: “Təəssüf ki, karyeramın başlanğıcında böyük əməyi olan məşqçim Serhat Pekmezcinin açıqlamalarını kədərlə izlədim. İlk gündən bu klubun bir parçası olan hər kəs tərəfindən çox səmimi qarşılanmışam və buranı həmişə öz ailəm kimi görmüşəm. Real”ın oyunçusu olduğum üçün çox qürurluyam və bu formaya uzun illər xidmət etmək istəyirəm. Çox yaxşı komandamız var və burada hər kəslə bir yerdə olmaqdan xoşbəxtəm. Xahiş edirəm, bu mövzuda yazılan və deyilən əsassız iddialara əhəmiyyət verməyəsiniz”.

Bu bəyanatdan dərhal sonra Arda Gülər, “Fənərbaxça”da çalışdığı dövrdən tanıdığı və onu kəşf edən skaut Serhat Pekmezcini sosial şəbəkələrdə izləməyi dayandırıb.

“Fənərbaxça”nın keçmiş baş skautu Serhat Pekmezci müsahibəsində Ardanın İspaniyada çətin günlər keçirdiyini iddia etmişdi: “Arda Gülər hazırda “Real”da ciddi təzyiqə məruz qalır. Orada yüksək eqolu bir qrup oyunçu var ki, Ardanı qəbul edə bilmirlər. Alvaro Arbeloanın hərəkətləri və digər təzyiqlər artıq Ardanı da cana yığıb, o, artıq “niyə həmişə mən?” deyə üsyan edir”.

Lakin futbolçunun özü bu iddiaların tamamilə yalan olduğunu və klubda xoşbəxt olduğunu rəsmən elan etdi.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03