Bundesliqanın 19-cu turunda “Bavariya” azarkeşləri önündə “Auqsburq”a gözlənilmədən məğlub olaraq sensasiyaya imza atıb. Oyunun startı mütəxəssislərin gözlədiyi kimi olub. 23-cü dəqiqədə İto Olisenin cərimə zərbəsindən ötürməsini başla tamamlayaraq “Bavariya”nı önə keçirib. Münhenlilər fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.
İkinci hissədə “Auqsburq” hücumlarını kəskinləşdirib. Meydan sahiblərinin gənc qapıçısı Urbiq Klod-Morisin cərimə zərbəsindən vurduğu təhlükəli topu çətinliklə dəf etsə də, qonaqlar ardınca gələn künc zərbəsindən hesabı bərabərləşdirə biliblər: Artur Çaves Kemyurun asmasını qola çevirib. Cəmi 6 dəqiqə sonra isə Yannulisin cinah ötürməsinə bir toxunuşla zərbə endirən Massengo “Auqsburq”u önə çıxarıb.
Matçın son anlarında Olise “Bavariya”nı məğlubiyyətdən xilas etməyə çox yaxın olsa da, onun texnikalı zərbəsi qapı dirəklərinin kəsişdiyi nöqtəyə dəyib. Beləliklə, “Bavariya” doğma meydanda xal itirməklə kifayətlənmədi, həm də cari mövsüm Bundesliqada ilk məğlubiyyəti ilə üzləşdi.