“Real”ın baş məşqçisi Xabi Alonso “Xetafe” üzərində minimal hesablı qələbədən sonra yarımmüdafiəçi Arda Güləri tərifləyib: “Bayer”də işləyərkən Arda Güləri komandamda görmək istəyirdim. Çünki, o, unikal istedada malik futbolçudur. İndi onun “Real”da oynamasına çox şadam. Arda komandanın gələcəyidir. İnanıram ki, bir gün gələcək o “Qızıl top”u qazanacaq. Onun Mbappeylə anlaşması günbəgün daha da yaxşılaşır”.
“Xetafe”ylə oyunda Kilian Mbappe qələbə topunu məhz Gülər ötürməsindən sonra vurub. Yeri gəlmişkən, fransız hücumçunun İspaniya çempionatının cari mövsümündə vurduğu 9 qoldan 4-nə türkiyəli yarımmüdafiəçi assistentlik edib. Qısası La Liqada heç bir oyunçu komanda yoldaşına bu qədər tez-tez kömək etməyib.
Bu mövsüm 20 yaşlı Gülər bütün yarışlarda 11 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Gülərin “Real”la müqaviləsi 2029-cu ilin yayında bitəcək.