Cüdoçularmız Polşaya yollanır

13.03.26 | 01:58
Digər növlər

Martın 14-15 aralığında  Polşanın paytaxtı Varşava cüdo üzrə növbəti nüfuzlu Açıq Avropa turnirinə ev sahibliyi edəcək. Beynəlxalq təqvimin önəmli yarışlarından sayılan bu turnirdə millimiz geniş heyətlə mübarizə aparacaq.

Avropa Cüdo İttifaqının (EJU) təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 9 çəki dərəcəsində ümumilikdə 19 idmançı təmsil edəcək. Heyətdə 15 kişi və 4 qadın cüdoçu yer alıb.

Məşqçilər korpusunun qərarına əsasən, Varşavada aşağıdakı idmançılarımız tatami üzərinə çıxacaq.

Kişilər: Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (60 kq), Nəzir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (66 kq), İbrahim Əliyev, Rüfət Şovlatov, Nəriman Mirzəyev (73 kq), Xəyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxalizadə (100 kq) və Camal Feyziyev (+100 kq).

Qadınlar: Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli və Günel Həsənli (78 kq).

Varşava turniri bu il də iştirakçı sayının çoxluğu ilə diqqət çəkir. Belə ki, medallar uğrunda 31 ölkədən 359 idmançı mübarizə aparacaq. Azərbaycan yığması həm təcrübəli ustalar, həm də gənc istedadlarla təmsil olunduğu üçün ekspertlər komandamızdan yüksək nəticələr və medal sevinci gözləyirlər.

Xatırladaq ki, bu növ turnirlər idmançıların dünya reytinqində mövqelərini yaxşılaşdırmaq və beynəlxalq təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45