“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqa, əvəzedici komandaların çempionatı, ölkə kuboku və I liqada baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

PFL-in məlumatına görə, Premyer Liqanın VII turunda “Sabah”la qarşılaşmada azarkeşlərinin “bayquşlar”ın futbolçusunu təhqir edən ifadələr işlətməsi “Neftçi”yə 5000 manat cərimə bahasına başa gəlib. Həmin oyunda sarı vərəqə limitini aşdığı üçün “Sabah” da 700 manat cərimələnib.

“İmişli” – “Qarabağ” matçından sonra meydana kənar şəxslərin daxil olması İmişli təmsilçisinə 2500 manat cərimə tətbiq edilməsi ilə nəticələnib. “Araz-Naxçıvan” isə “Kəpəz”lə oyunda tablo işləmədiyinə görə 2000 manat ödəyəcək.

Bundan başqa, əvəzedici komandaların çempionatının V turunda baş verən qayda pozuntularına görə bir neçə Premyer Liqa klubu ümumilikdə 1170 manat cərimələnib.

Ölkə kubokunun I təsnifat mərhələsinin oyunlarında yol verilən pozuntulara görə klublara ümumilikdə 650 manat cərimə tətbiq olunub.

I Liqada isə çempionatın IV turunun oyunlarında baş verən müxtəlif qayda pozuntularına görə bir neçə klub ümumilikdə 870 manat cərimələnib.

Paylaş:

Xəbər Lenti

“Neftçi” və “İmişli” cərimələndi

13.10.26 | 14:14

Du Keiroş: “Sabah”ın Çempionlar Liqası layihəsi məni çox həvəsləndirdi”

13.10.26 | 14:54

Dünya çempionatından sonra cüdoçularmız reytinqdə irəlilədi

13.10.26 | 14:33

“İmişli” baş məşqçisi ilə yollarını ayırdı

13.10.26 | 14:36

“Sabah” – “Slaviya” oyunu öncəsi maraqlı faktlar

13.10.26 | 13:19

Çexiya mediası: “Sabah” “Slaviya” üçün ən yaxşı fürsətdir, amma…

13.10.26 | 13:09

Pep Qvardiola “Etihad”a qayıdır

13.10.26 | 11:49

Kamal Umudlu “Roma” – “Real Madrid” oyununa təyinat aldı

13.10.26 | 11:41

“Slaviya”nın məğlubiyyəti “Sabah” üçün hansı mesajları verib?

13.10.26 | 01:59

Çempionlar Liqasında həyəcanlı gecə: “Sabah” – “Slaviya”, “Qalatasaray” – “Barselona”

13.10.26 | 01:13

TV PROQRAM

12.10.26 | 23:12

Tomaş Vlçek: “Sabah” çox güclü rəqibdir”

12.10.26 | 22:52

Rəhman Daşdəmirov: “Xalqımızı sevindirmək istəyirik”

12.10.26 | 22:06

Trpişovski: “Sabah”ın hücum potensialı müdafiəsindən daha güclüdür”

12.10.26 | 22:14

Dambrauskas: “Slaviya” hər an rəqibi cəzalandırmağa hazırdır”

12.10.26 | 22:21

“Slaviya” əvvəlki “Slaviya” deyil: “Sabah”ı Bakıda nə gözləyir?

12.10.26 | 21:21

Mahir Emrelinin Polşa macərası: 25 oyunun 21-də məğlubiyyət!

12.10.26 | 15:13

“Sabah” – “Slaviya”: rəqibin hücumçusu qələbəyə inanır

12.10.26 | 14:43

“Şamaxı”da yubiley, Seydiyevdən 200-cü oyun

12.10.26 | 14:44

“Qarabağ” 1000-ci oyununda qələbə qazandı

12.10.26 | 00:06