Valdas Dambrauskas: “Tarixi qələbə qazansaq da, Uelsdə bizi ciddi sınaq gözləyir”

07.07.26 | 23:40
Ölkə futbolu

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi “Nyu-Sents”i 2:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Litvalı mütəxəssis tarixi qələbə münasibətilə komandasını və azarkeşləri təbrik edib, eyni zamanda cavab oyunu öncəsi xəbərdarlıqlarını diqqətə çatdırıb.

Qarşılaşmanın olduqca çətin keçdiyini bildirən Dambrauskas, rəqibin qapalı oyununa hazırlıqlı olduqlarını vurğulayıb: “Futbolçularımı və Azərbaycanın futbol ictimaiyyətini Çempionlar Liqasındakı ilk qələbəmiz münasibətilə ürəkdən təbrik edirəm. Çox ağır oyun oldu. Biz hələ təlim-məşq toplanışında futbolçularla bu barədə danışmışdıq və bilirdik ki, bizi belə bir ssenari gözləyir. Onlara demişdim ki, gələcəkdə dərindən müdafiə olunan komandalara qarşı daha çox oynamalı olacağıq. Belə rəqiblərlə matçlarda maksimum səbirlə davranmaq lazımdır. Komandamın nümayiş etdirdiyi oyundan çox razıyam”.

Qələbəyə sevinən baş məşqçi, son dəqiqələrdə müdafiəçi Stiv Solvenin qırmızı vərəqə alaraq cəzalı duruma düşməsinə təəssüfləndiyini gizlətməyib. Solvenin komanda üçün çox vacib bir oyunçu və fantastik xarakterə malik bir insan olduğunu vurğulayan Valdas Dambrauskas, ötən mövsüm də bəzi matçları onsuz keçirməli olduqlarını xatırladıb. Onun yoxluğunun komanda üçün çətin olacağını etiraf edən mütəxəssis, hər şayə rəğmən bu vəziyyətin öhdəsindən gəlməyə çalışacaqlarını bildirib. Ehtiyatda Solveni əvəz edə biləcək iki keyfiyyətli futbolçunun olduğunu qeyd edən baş məşqçi, səfər matçında maksimum diqqətli olmağın vacibliyini diqqətə çatdırıb. Dambrauskas rəqibin iki qol fərqi ilə geridə olduğunu və vəziyyəti dəyişmək üçün evdə daha aktiv şəkildə irəli atılacağını, bunun da meydanda boş zonalar yaradacağını və komandasının məhz həmin boşluqlardan maksimum yararlanmağa çalışacağını əlavə edib.

Dambrauskas 2:0 hesabının yaxşı nəticə olduğunu, lakin Uelsdəki süni örtüklü meydançada keçiriləcək matçın asan keçməyəcəyini vurğulayıb: “Əlbəttə, 3:0 hesabı 2:0-dan daha yaxşı olardı. Səfərdə rəqib daha çox risk edəcək və daha cəsarətli oynayacaq. İnanıram ki, uzaq yoldan və süni örtük faktorundan asılı olmayaraq, cavab oyununda heç bir bəhanəyə sığınmadan növbəti mərhələ üçün lazım olanı edəcəyik”.

Jurnalistlərin transfer pəncərəsi və Solvenin cəzasının təxirə salınması ilə bağlı suallarına cavab verən mütəxəssis, klubda hər kəsin öz işi ilə məşğul olduğunu qeyd edib: ” Transfer məsələlərinə gəlincə, bu barədə danışmaq hələ tezdir. Heyəti gücləndirmək üçün işlərimiz heç vaxt dayanmır  transfer pəncərəsinin açıq və ya bağlı olmasının fərqi yoxdur. Hazırda əsas diqqətimiz Uelsdəki matça tam hazır olmaq və futbolçuların bərpasıdır”.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45