Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23
Ölkə futbolu

Premyer Liqanın XXXII turu çərçivəsində səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olan “İmişli” komandasının baş məşqçisi Jorj Kaşkilya qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Portuqaliyalı mütəxəssis ilk olaraq matç barədə təəssüratlarını bölüşüb və komandasının çıxışını dəyərləndirib: “İlk növbədə bizə dəstək olmaq üçün uzun yol qət edən azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Təəssüf ki, meydandan istədiyimiz nəticə ilə ayrıla bilmədik. Heyətimizdə 3-4 zədəli futbolçu var. Buna baxmayaraq, ilk hissədə yaxşı müdafiə olunduq. Oyunun ilk yarısı bərabər səviyyədə keçdi; ərazi üstünlüyü rəqibdə olsa da, biz keyfiyyətli əks-hücumlar qura bildik. İkinci hissənin startında tez qol buraxmağımız planlarımızı pozdu və işimizi çətinləşdirdi. Əslində, matçın çətin keçəcəyini əvvəlcədən bilirdik. Rəqib layiqli qələbə qazandı, onları Avropa Liqasına vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. İkinci yarıda gənc və yerli futbolçulara şans verdik, bu təcrübə onlar üçün çox vacibdir. Gənclərin böyük futbolun nəbzini hiss etməsinə şərait yaratmaq bizim borcumuzdur. Biz əsas hədəfimizə hələ üç tur əvvəl nail olmuşuq. Çıxışımıza görə bütün futbolçularımı təbrik edirəm. Mövsümün son oyununda da əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Mətbuat konfransının davamında portuqaliyalı məşqçi heyətdəki itkilər və gələcək taleyi ilə bağlı medianı maraqlandıran suallara aydınlıq gətirib.

Baş məşqçi ilk olaraq zədəli futbolçulardan bəhs edərkən, Dioqo Almeydanın son durumuna toxunub. O, portuqaliyalı hücumçunun zədəsinin ciddi olduğunu və onun üçün mövsümün erkən başa çatdığını təsdiqləib.

Son günlər mətbuatda “İmişli”dən ayrılacağı ilə bağlı yayılan iddialara da münasibət bildirən Kaşkilya, transfer şayiələrini qətiyyətlə təkzib edib:

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18