“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39
Ölkə futbolu

Ölkə kubokunun yarımfinalında hakim qərarlarına etiraz qalmaqalı ilə gündəm olan “Turan Tovuz”un bu oyuna daha hirsli və məqsədyönlü çıxacağı gözlənilirdi. Tovuzlular kubokda ciddi büdrəsələr də, çempionatda hələ də Avropa kuboklarına getməyə iddialıdır. Lakin Kurban Berdıyevin komandası Qubada ciddi müqavimətlə üzləşdi. İlk yarının sonlarında nominal meydan sahibləri hətta hesabı da açdı. Sadə epizodda o qədər də güclü olmayan zərbəni qaytararkən “Turan”ın qapıçısı səhvə yol verdi. Onun qaytardığı topu Kardozu boş qapıya göndərdi. Bu qol 12-ci turdan bəri qələbəyə həsrət qalan “İmişli” üçün son 8 oyunda vurulan ilk qol oldu. Xatırladaq ki, komanda son iki turda əvvəl “Sabah” (0:5), daha sonra yüksəlişdə olan “Neftçi”yə (0:6) böyük hesabla uduzmuşdu.

İlk yarıda yenə hakim diqqət mərkəzinə düşdü, amma bu dəfə “Turan”ın rəhbəri Ehtiram Quliyevin təbirincə desək nə oturaraq su içməyi ilə, nə də səhv qərarı ilə. Hakim Rəvan Həmzəzadə arxaya addımladığı yerdə yıxıldı. Yəqin, Ehtiram Quliyevin yaratdığı hay-küyün təzyiqi hakimin ayaqlarını əsdirmişdi. Xoşbəxtlikdən zədə-filan olmadı.

İkinci hissənin əvvəlində qonaqlar hesabı bərabərləşdirdi. Cərimə meydanında yaranan qarışıqlıqda Mampassi topu qapıdan keçirdi. Lakin tovuzluların bundan artığına gücü çatmadı. Uzatma dəqiqələridə “Turan” hesabda irəli çıxa bilərdi. Lakin “İmişli”nin müdafiəçisi topu boş qapıdan çıxarmağı bacardı və mükafat yerlər uğrunda mübarizədə tovuzlular önəmli 2 xal itirdi.

Premyer Liqa, 26-cı tur

İMİŞLİ – TURAN TOVUZ 1:1 (1:0)

Qollar: Kardozu, 45 (1:0), Mampasi, 53 (1:1)

Baş hakim: Cavid Cəlilov.

“İmişli”: Andrey Sinenka (Hüseynəli Quliyev, 83), Azər Salahlı (k), Rafael Viegas, İdris İnqilablı, Həzrət İsayev, Dioqu Kardozu (Abbas Ağazadə, 66), Nikola Karaklaiç (Xəzər Mahmudov, 83), Ronaldo Rodriqes, Dioqu Almeyda, Dioqu Rollo, Ezekiel Morqan (Yau Mozes, 51).

“Turan Tovuz”: Oleq Baklov, Faiq Hacıyev (k) (Filip Ozobiç, 82), Fərid Yusifli (Rəhim Sadıxov, 46), Alexandro Serrano, Jo Batista, Emmanuel Hakman, Hayderson Urtado, Jiorje Silva, Roberto Olabe, Coş Ginnelli (Ayxan Hüseynov, 46), Mark Mampasi.

Sarı vərəqələr: Olabe, 44. Hakman, 68. Viegas, 84. Almeyda,  90+6. Serrano, 90+7.

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” liderin sınağında – YENİLƏNİR

07.04.26 | 19:26

Berdıyev “Turan-Tovuz”un oyunundan narazı qaldı

07.04.26 | 19:11

“Zirə” son dəqiqələrdə qələbəni əldən verdi

07.04.26 | 17:36

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“Turan Tovuz” Qubada vacib xallar itirdi

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54