Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib. Rəşad Sadıxovun rəhbərlik etdiyi komanda Rumıniyanın “Çiksereda“ klubu ilə qarşılaşıb.
Matça üstünlüklə başlayan “qartallar” birinci hissədə rəqib qapısından üç top keçiriblər. Oyunun 10-cu dəqiqəsində Namik Ələsgərov hesabı açıb. Daha sonra səhnəyə çıxan Rövlan Muradov 17 və 45-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirərək dubl edib. Lakin fasilədən sonra üstünlüyünü qoruya bilməyən “Zirə” rəqibin geri dönüşünə mane ola bilməyib və qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Zirə” növbəti sınaqlarını yanvarın 16-da keçirəcək. Komanda həmin gün Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qüvvəsini sınayacaq.